Hakaton tələbələri və proqramçıları mövcud iş prosesindəki problemləri həll etməyə və PAŞA Həyat tərəfindən həyata keçirilən yeni ideyalar yaratmağa təşviq etmək məqsədi daşıyan 48 saatlıq kodlaşdırma yarışmasıdır. Hackquarters tərəfindən hazırlanmış və həyata keçirilən proqramın əsas məqsədi aşağıdakılardır:
Müəyyən seqmentlər üçün həyat sığortası məhsullarının (əsasən riskli) penetrasiya səviyyəsinin artırılması
Genişləndirilmə imkanı
Genişləndirilə bilmə tələbləri mahiyyət etibarı ilə təşkilatın böyümə arzusunu və gündəlik əməliyyatlarda minimal dərəcədə dəyişiklik və pozuntuya yol verməklə böyüməni dəstəkləyə biləcək həllərə olan ehtiyacını əks etdirir.
Texniki mümkünlük
Bu, PASHA Həyat üçün mümkün olub-olmadığını müəyyən etmək məqsədilə məhsul və ya xidmətinizi necə hazırlayacağınızı anlamağa yardım edən bir prosesidir.
Müştərilər üçün dəyər
Müştəri dəyəri mümkün alternativlərlə müqayisədə müştəri üçün məhsul və ya xidmətin dəyərinin hiss edilməsidir.
Normativ uyğunluq
Bütün Hakaton ideyaları Azərbaycan Respublikasının yurisdiksiyalarının qanun və qaydalarına uyğun olmalıdır.
Hakaton nədir?
Hakaton proqram tərtibatçılarının, interfeys dizaynerlərinin və proqramçıların 1-2 gün ərzində 3-5 nəfərlik qruplarda birlikdə işlədiyi və yeni layihə hazırladığı kodlaşdırma müsabiqəsidir.
Hakatonun mövzuları hansılardır?
Hakatonda biz cari iş prosesindəki problemləri həll etməyi və Paşa Həyat üçün yeni ideyaları təşviq etməyi hədəfləyirik.
Kim iştirak edə bilər?
Rəqəmsal layihələr hazırlamaqdan zövq alan, hakaton mühitini yaşamaq istəyən və Paşa Həyat haqqında yeni ideyaları olan bütün proqram tərtibatçıları, dizaynerlər və proqramçılar (minimum 1 nəfərdən və maksimum 4 nəfərdən ibarət komandalar olması şərti ilə) iştirak edə bilər.
Hakatona necə qoşula bilərəm?
Hakatonda iştirak etmək üçün əvvəlcə https://www.pashahackathon.az/en/ vebsaytında üzv kimi ərizə formasını doldurmalısınız. İştirakçılar ərizə formasını doldurmuş şəxslər arasından qiymətləndirmə əsasında seçiləcək. Seçilmiş namizədlər Hakatonda öz kompüterləri ilə iştirak etməlidirlər.
Qaliblər necə qiymətləndiriləcək?
Bu, mütləq şəkildə tələb olunmur. Komanda şəklində və ya fərdi qaydada qeydiyyatdan keçə bilərsiniz. Komanda olmadan təkbaşına qeydiyyatdan keçsəniz, tədbir başlamazdan əvvəl bir komandanın tərkibində yerləşdirilməyinizə kömək edəcəyik.
Hər bir komanda üzvünün qeydiyyatdan keçməsi tələb olunur?
Münsiflər heyəti və mentorlarımız sizi proses boyunca müşahidə edəcəklər və həm necə işlədiyinizə, həm də hazırladığınız həllin keyfiyyətinə görə sizi qiymətləndirəcəklər. Müsabiqənin sonunda yekun qiymətləndirmə aparılacaq və qaliblər elan ediləcək. Müəyyən təsəvvür yaratmaq üçün xal hesablamasında nəzərə alına biləcək meyarlar aşağıda verilmişdir:
– Kreativlik / İnnovasiya
– Tətbiq olunma qabiliyyəti / İstifadə rahatlığı
– Paşa Həyat üçün spesifik olan həll gözləntilərini qarşılama
– Texniki çətinlik / proqram təminatının mürəkkəblik səviyyəsi
– Vizual dizayn
– Təqdimat (pitç) / Nümayiş (demo)
Proqram ödənişsizdir?
Bəli, hakaton iştirakçılar üçün ödənişsizdir və oflayn keçiriləcək.
Hakatondan əvvəl layihəmi qabaqcadan kodlaşdıra bilərəm?
Xeyr, müsabiqə olduğuna görə sizdən müsabiqə zamanı kodlaşdırma ilə məşğul olmağınız gözlənilir. Müsabiqədən əvvəl kodlaşdırılmış layihələr mükafat alsa belə, müsabiqədən kənarlaşdırılacaq.
Mükafat necə qiymətləndiriləcək?
Hakaton marafonunun sonunda edilən təqdimatlar həmin gün münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər elan ediləcək.
Bütün tədbir boyunca orada fiziki iştirakımız tələb olunurmu?
Xeyr, bütün 48 saat ərzində fiziki olaraq orada olmağınıza ehtiyac olmayacaq. Hakatonun iş saatları ərzində, o cümlədən qrafikdə göstərilmiş tələb olunan təlim və mentorluq sessiyaları zamanı (bütün bunlar iştirakçılara əvvəlcədən bildiriləcək) sizin fiziki iştirakınız tələb olunur. İştirakçılarla onlayn/evdən kodlaşdırma gecəsi təşkil edilə bilər.
Proqram hansı dildə keçiriləcək?
Biz yalnız Azərbaycandan deyil, digər ölkələrdən də iştirakçıların qatılacağını gözləyirik və buna görə də, hakaton ingilis dilində keçiriləcək.